III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu (25 – 27 Mayıs 2016 , Bakü)

 

III. Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 

25-27 May 2016 Bakı

 

 

SİMPOZİUMA DƏVƏT

 

Niğde Universiteti (Niğde, Türkiyə), Qazax Dövlət Qızlar Pedaqoji Universiteti (Almatı, Qazaxıstan), M. Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti (Ufa, Rusiya), Bakı Avrasiya Universiteti (Bakı, Azərbaycan), Şərq / Mahmud Kaşğari- Barskani Universiteti (Bişkek, Qırğızıstan) və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 25-27 May 2016-cı il tarixləri arasında Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir.

Simpoziumda Türk Dünyasını maraqlandıran dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, sənət tarixi,beynəlxalq münasibətlər, Türk Dünyası münasibətləri,sahibkarlıq, idarəetmə ve iqtisadiyyat, gender problemləri kimi mövzular və elmi araşdırmaların gələcək perspektivləri üzrə müzakirələr keçiriləcəkdir. Gələcəkdə Türk Dünyasında ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə zəmin hazırlanması da planlaşdırılır.

Mövzu ilə maraqlanan mütəxəssis və araşdırıcıların bir araya gəlməsində rol oynayacaq bu simpozium yeni tədqiqatlara rəvac verməklə yanaşı, fərqli nöqteyi-nəzərdən araşdırma aparılmasında da əhəmiyyət kəsb edəcəkdir. 

 

http://sempozyum.nigde.edu.tr/tdas/#duzenleme_kurul_az

Yazar
Kırmızılar

Bu websitesinde farkı kaynaklardan derlenen içerikler yayınlanmakta olup tüm hakları sahiplerinindir. Sitedeki içerikler atıf gösterilerek kaynak olarak kullanlabilir. Yazıların yasal sorumluluğu yazara aittir. Tüm Hakları Saklıdır. Kırmızlar® 2010 - 2024

medyagen